Şimali Koreya ABŞ əsgərinin saxlandığını təsdiqləyib

Şimali Koreya ABŞ əsgərinin saxlandığını təsdiqləyib backend

Şimali Koreya ilk dəfə olaraq ABŞ hərbçisi Travis Kinqin saxlandığını təsdiqləyib.

Qaziler.az bildirir ki, bu barədə  BBC xəbər verir.

BMT bildirib ki, Şimali Koreya ABŞ əsgərinin harada olması ilə bağlı sorğulara ilk cavabında onun saxlandığını təsdiqləyib.

"Şimali Koreya ordusu Kinqlə bağlı BMT komandanlığına cavab verib. Onu vətənə gətirmək səylərimizə mane olmamaq üçün hələlik təfərrüata varmayacağıq", - BMT-nin bəyanatında deyilir.

Şimali Koreya əvvəllər də sorğunu təsdiqləmişdi, lakin ilk dəfədir ki, Amerika əsgərinin onların nəzarətində olduğunu etiraf edir.

QAZİLER.AZ

Diaspora