Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlı münasibətlərin tələb etdiyi kimi, Rumıniyanın Moskvadakı səfirliyinə diplomatik personalın sayına dair kvota ilə bağlı nota verib.
Qaziler.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rumıniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Konstantin İonitanın nazirlik binasına çağırıldığı bildirilib.
Məlumatda qeyd olunur ki, İonitaya Rumıniyanın Rusiyadakı səfirlik və konsulluqlarında çalışan diplomat və işçilərin sayına kvota tətbiq edən nota verilib.
QAZİLER.AZ
Mənbə: TRTHaber