Polşanın Şeçin şəhərinin Dombe rayonunda alman faşizminə qarşı müharibədə həlak olan sovet və polşa əsgərlərinin xatirəsinə ucaldılmış abidə dağıdılıb.
Qaziler.az bildirir ki, bu barədə avqustun 3-də Polşanın Milli Yaddaş İnstitutu Facebook-da məlumat yayıb.
"Dombenin azadlığı uğrunda mübarizədə həlak olanlara" abidəsi 1962-ci ildə ucaldılıb. Bu, əsgər fiqurları olan obelisk idi və meydanın mərkəzində yerləşirdi. Sökülmə qərarı 2022-ci ilin iyununda şəhər hakimiyyəti tərəfindən qəbul edilib.
Qeyd edək ki, İkinci Dünya Müharibəsi zamanı şəhər uğrunda döyüşlər 1945-ci ilin martında başlayıb və aprelin 26-da başa çatıb.
QAZİLER.AZ