Avqustun 1-nə kimi Ukraynadan Polşaya daxil olanların sayı 14 milyon 182 min, ölkəni tərk edənlərin sayı isə 12 milyonu keçib.
Qaziler.az xəbər verir ki, Polşa Sərhəd Mühafizəsinin sosial media hesabında paylaşılan məlumatda Ukrayna-Rusiya müharibəsi başlayandan bu yana ölkəyə sıx bir keçidin olduğu bildirilib.
“Təkcə dünən Ukraynadan ölkəyə 30 min 800 nəfərin daxil olduğu bildirilərək, "Müharibə başlayandan bu yana Ukraynadan Polşaya keçənlərin sayı 14 milyon 182 minə çatıb”, - ifadəsi işlədilib.
Polşanı tərk edən ukraynalıların ümumi sayının 12 milyon 399 min nəfər olduğu qeyd edilib.
Polşa hakimiyyətinin verdiyi açıqlamalara görə, ölkədə təxminən 2 milyon ukraynalı yaşayır.
Sərhəd keçidlərinin və qayıdışların eyni şəxslər tərəfindən həyata keçirilə biləcəyini bildirən səlahiyyətlilər, insanların sayına deyil, keçidlərin sayına nəzarət etdiklərini bildiriblər.
QAZİLER.AZ