Kanadada hər siqaretin üzərində bu xəbərdarlıq yazılacaq

Kanadada hər siqaretin üzərində bu xəbərdarlıq yazılacaq backend

Kanada 2001-ci ildə siqaret qutularına “sağlamlığa ziyandır” xəbərdarlığı yerləşdirərək dünyada lider olduqdan sonra, bu dəfə hər siqaretin üzərinə  xəbərdarlıq qoymağı planlayır.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ölkə siqaret istehlakını azaltmaq məqsədi ilə ölkədə satılan siqaretlər üçün yeni bir tətbiq işə salacağını açıqlayarkən bildirib.

“Tütün uşaqlara zərər verir”, “Siqaret orqanlarınıza zərər verir” kimi xəbərdarlıqların yer aldığı yeni tətbiq dünyada bir ilk olacaq.

İngilis və fransız dillərində yazılacaq xəbərdarlıqların uzun boylu siqaretlər üçün 2024-cü ilə qədər, adi siqaretlər üçün isə 2025-ci ilə qədər həyata keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Kanada 2001-ci ildə siqaret qutularına xəbərdarlıq edən ilk ölkə olub.

QAZİLER.AZ

Diaspora