İyulun 26-da Nigerdə hakimiyyəti ələ keçirən hərbi xunta Milli Müdafiə Milli Şurasının lideri Əbdürrəhman (Ömər) Tçiani Fransa vətəndaşlarının Nigeri tərk etmələri üçün heç bir səbəb olmadığını deyib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə Tçiani 3 avqust müstəqillik günü münasibəti ilə dövlət televiziyasına açıqlamalar verərkən deyib.
Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin Nigerə qarşı sanksiyalarının “qanunsuz, ədalətsiz və qeyri-insani” olduğunu bildirən Tçiani bu sanksiyaların Niger xalqını daha da yoxsullaşdıracağını qeyd edib.
Tçiani ölkəni tərk edən fransızlara da toxunub və çağırış edib:
"Fransa vətəndaşlarının Nigeri tərk etmələri üçün heç bir səbəb yoxdur. Onlara qarşı kiçik təhlükə belə yoxdur".
QAZİLER.AZ