Çin uşaqların telefondan istifadəsinə yeni məhdudiyyətlər qoymağa hazırlaşır.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, Kiber Kosmos İdarəsi tərəfindən hazırlanan layihə ictimai rəyə təqdim edilib.
Qanun layihəsində göstərilir ki, 16-18 yaş arası uşaqlar gündə 2 saat, 16 yaşından aşağı olanlar isə cəmi bir saat telefondan istifadə edə bilərlər.
8 yaşdan aşağı olanlar üçün nəzərdə tutulan vaxt cəmi 8 dəqiqədir. Bundan əlavə, gecə saat 22:00-dan səhər saat 06:00-dək uşaqların internetə çıxışı dayandırılacaq.
Telefon və proqram istehsalçıları isə yeni qaydalar üçün "Uşaqlar rejimi"ni işə salmalı olacaqlar.
Qanun layihəsinin gündəmə gəlməsi ilə Çin texnologiya şirkətlərinin səhmlərindəki eniş diqqət çəkib. Həftənin əvvəlindən “Alibaba”nın səhmləri 5 faizə yaxın, “Tencent”in səhmləri isə 6 faiz ucuzlaşıb.
Qeyd edək ki, Pekin 2019-cu ildə uşaqların internetdən və oyunlardan istifadəsinə məhdudiyyətlər tətbiq edib. Ölkədə yaşı 18-dən aşağı olanlar axşam saat 22:00-dan səhər saat 08:00-a qədər onlayn oyunlar oynaya bilməz.Səlahiyyətlilər, qaydaların uşaqların sağlamlığı və təhsili üçün zəruri olduğunu iddia edirlər. Lakin sərt məhdudiyyətlər Çin texnologiya şirkətlərinin gəlirlərinin azalmasına səbəb olur.
QAZİLER.AZ