Dünya Bankı Nigerdəki çevrilişlə bağlı özəl sektordakı proqramlar istisna olmaqla, bütün əməliyyatlar üçün bu ölkəyə vəsaitin ayrılmasını dayandırdığını elan edib.
Bu barədə APA Dünya Bankının bəyanatına istinadən xəbər verir.
Biz Nigerin demokratik yolla seçilmiş hökumətini devirmək cəhdlərindən narahatıq.
Buna cavab olaraq, Dünya Bankı ehtiyatla davam edəcək özəl sektor tərəfdaşlıqları istisna olmaqla, növbəti bildirişə qədər bütün əməliyyatlardan vəsait çıxarıb, təşkilatın bəyanatında deyilir.