ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Kapitoli polisi, Konqresə bitişik olan ABŞ Senatının ofis binasında silahlı şəxsin olması barədə məlumat aldığını bildirib.
Bu barədə ABŞ hüquq-mühafizə orqanları tviterdə məlumat yayıb.
“Bizim zabitlərimiz təcili çağırışa cavab olaraq Senatın ofis binalarında və ətrafında axtarışlar aparır. Zəhmət olmasa, ərazidən uzaq durun, çünki biz hələ də araşdırma aparırıq. Biz ictimaiyyəti məlumatlandırmaqda davam edəcəyik”, - məlumatda deyilir.
Report.az