Kanadanın baş naziri Castin Trudeau və həyat yoldaşı Sofi Qrequar Trudeau 18 illik evlilikdən sonra ayrıldıqlarını açıqlayıb.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki. Kanada Baş nazir Trudeaunun boşanmasından danışır.
İkili instaqramda yayımladıqları açıqlamada "bir çox mənalı və çətin söhbətdən sonra" bu qərarı verdiklərini bildiriblər.
Baş nazirliyin ofisindən verilən açıqlamada hər iki tərəfin qanuni ayrılma müqaviləsi imzalandığı bildirilib:
“Onlar yaxın ailə olaraq qalırlar. Sofi və Baş nazir bütün diqqətlərini uşaqlarını təhlükəsiz, sevgi dolu və əməkdaşlıq mühitində böyütməyə yönəldirlər. Ailə gələn həftədən tətildə birlikdə olacaq”.
Baş nazirliyin ofisi ailənin şəxsi həyatına hörmət edilməsini xahiş edib.
2005-ci ildə evlənən cütlüyün 15 yaşlı Ksavye, 14 yaşlı Ella-Qreys və 9 yaşlı Hadrien adlı üç övladı var.
Trudeau vəzifədə olarkən boşanmasını elan edən ikinci baş nazir olub.
Atası Pierre Trudeau 1979-cu ildə həyat yoldaşı Marqaretdən ayrılmış, lakin cütlük 1984-cü ildə boşanıb.
QAZİLER.AZ