Müsəlmanların qibləsi olan Kəbəni yumaq üçün proqram təşkil edilib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, hər il olduğu kimi bu il də Kəbə gül və ud yağı ilə qarışdırılmış zəmzəm suyu ilə yuyulub.
Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Əl-İhbariye” telekanalı sosial media hesabında Kəbənin yuyulma mərasiminin görüntülərini yayıb.
Xəbərdə gümüş qablarda hazırlanmış zəmzəm suyu ilə Taif qızılgülü, qızılgül yağı, Məscidül-Harama xas ud yağı və müşkün qarışdırıldığı bildirilib.
Haremeyn İşləri Rəhbərliyi “Twitter” hesabından verdiyi açıqlamada, hicrətin 8-ci ilində Məkkənin fəthi zamanı Məhəmməd peyğəmbərin Kəbəni yuduğunu və bu ənənənin o vaxtdan bəri davam etdiyini bildirib. Qeyd edib ki, Kəbənin yuyulması mərasimi Peyğəmbərin sünnəsinə əməl etmək çərçivəsində həyata keçirilir.
Açıqlamada, əvvəllər ildə 3 dəfə keçirilən Kəbənin yuyulma mərasiminin artıq ildə bir dəfə keçirildiyi vurğulanıb.
QAZİLER.AZ