İtaliyanın baş naziri Corciya Meloni Britaniyanın “Placebo” rok qrupunun solisti Brayan Molkonu təhqir və böhtana görə məhkəməyə verib.
Qaziler.az bildirir ki, bu barədə "La Repubblica" xəbər verir.
Nəşr xatırladır ki, bir qədər əvvəl Turində Sonic Park festivalında konsert zamanı Molko səhnədən Meloni "irqçi" və "faşist" adlandırıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hakimiyyət nümayəndəsinə hörmətsizlik faktı ilə bağlı araşdırmalara başlayıb.
Bir neçə gün əvvəl İtaliya baş nazirinin vəkilləri böhtana görə məhkəməyə müraciət ediblər.
QAZİLER.AZ