Pakistan Türkiyədən “KAAN” milli döyüş təyyarələrini alacaq.
"Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçi deyib.
O, bu istiqamətdə Pakistanla danışıqların davam etdirildiyini bildirib.
Türkiyənin milli müdafiə nazirinin müavini avqust ayında bu məsələ ilə bağlı pakistanlı həmkarları ilə görüşəcəklərini söyləyib.
Xatırladaq ki, bir müddət əvvəl “KAAN” döyüş təyyarələri sınaqdan keçirilib.
Qırıcının bu ilin sonunda ilk uçuşunu həyata keçirəcəyi gözlənilir.