Rusiya donanması Baltik dənizində təlimlərə başladı

Rusiya donanması Baltik dənizində təlimlərə başladı backend

Rusiya Müdafiə Nazirliyi Baltik dənizində “Okean Qalxanı-2023” adlı təlimin başladığını bildirdi.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Rusiya donanması Baltik dənizində təlimlərə başlayıb.

“Okean Qalxanı-2023” adlı təlimə 30-dan çox döyüş gəmisi, 20 dəstək gəmisi, 30 təyyarə və təxminən 6000 əsgərin qatıldığı bildirildi: “Təlim zamanı Hərbi Dəniz Qüvvələrinin Rusiyanın əməliyyat baxımından əhəmiyyətli bir bölgədə milli maraqlarını müdafiə etməyə hazır olub-olmadığı ölçüləcək", - deyə məlumatda bildirilir.

Təlimin nə vaxt bitəcəyi ilə bağlı məlumat verilməyib.

QAZİLER.AZ

Diaspora