Prezident Ərdoğan demək olar ki, hər çıxışında Kipr türklərinin hüquqlarına diqqət çəkir və Şimali Kipr Respublikasının müstəqilliyinin tanınmasına çağırır.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Şimali Kipr Türk Cümhuriyyətinin tanınması üçün Böyük Britaniyadan önəmli dəstək gəlib. Britaniyalı vəkil Vilson: "ŞKTC-nin Birləşmiş Millətlər Təşkilatı tərəfindən müstəqil dövlət kimi tanınmaması üçün heç bir səbəb yoxdur" deyib.
Britaniyanın siyasi jurnalı "Politicshome"da yazan Sammi Vilson: "Kipr adasında sərhədin hər iki tərəfində tam fəaliyyət göstərən hökumətlər və demokratik sistemlər var", - deyə qeyd edib.
QAZİLER.AZ