Polşa Aİ-ni Belarusla sərhədləri bağlamağa çağırıb

Polşa Aİ-ni Belarusla sərhədləri bağlamağa çağırıb backend

Polşa Daxili İşlər Nazirliyinin rəis müavini Avropa İttifaqını Belarusla sərhədləri bağlamağa çağırıb.

"Avropa İttifaqı (Aİ) ölkələri Belarusla sərhədləri tamamilə bağlamalıdırlar".

Qaziler.az bildirir ki, bu fikri avqustun 2-də Polşa televiziyasının efirində Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik bildirib.

"Polşa, Litva və Latviya Belarusu tamamilə təcrid etməlidir", - nazir müavini deyib.

Vonsik avqustun 1-də iki Belarus helikopterinin Polşanın hava məkanına daxil olması ilə bağlı məlumatı şərh edib. Onun fikrincə, gözlənilməz vəziyyət yaranıb.

"Biz hesab edirik ki, Belarus ərazisindən təxribatlar ola bilər, seçki kampaniyası zamanı Polşada sabitliyin pozulması, Litva və Latviyaya da təsir edəcək", - rəsmi əlavə edib.

O, aydınlaşdırıb ki, Varşava ən pis ssenariləri nəzərdən keçirir və bu səbəbdən Belarusla sərhədə qoşun yeridir.

QAZİLER.AZ

Diaspora