Çexiya prezidenti ölkənin 14 vətəndaşına USQ sıralarına qoşulmağa icazə verib

Çexiya prezidenti ölkənin 14 vətəndaşına USQ sıralarına qoşulmağa icazə verib backend

Çexiya prezidenti Petr Pavel respublikanın 14 vətəndaşına Ukrayna Silahlı Qüvvələrinə (USQ) qoşulmağa icazə verib, daha səkkiz belə müraciət rədd edilib.

Qaziler.az bildirir ki, bu barədə avqustun 2-də iROZHLAS portalı prezidentin mətbuat katibi Marketa Rjehakovaya istinadən məlumat yayıb.

“29 iyul 2023-cü il tarixinə Respublika Prezidenti Petr Pavel Çexiya vətəndaşlarının Ukrayna Silahlı Qüvvələri sıralarına daxil olmasını təsdiq edən ümumilikdə 14 müsbət qərar imzalayıb”, - Rjexakova bildirib.

Eyni zamanda, səkkiz Çexiya vətəndaşının Ukrayna ordusuna qoşulmaq xahişi rədd edilib, bunun səbəbləri göstərilmir.

Çexiya qanunvericiliyinə görə, ölkə vətəndaşları üçün başqa ölkələrin silahlı qüvvələrində xidmətə yalnız ölkə prezidenti icazə verə bilər. Əks halda onları cinayət cəzası gözləyir.

QAZİLER.AZ

Diaspora