Birləşmiş Ştatlar Nigerdə baş vermiş dövlət çevrilişinə görə bu ölkə ilə təhlükəsizlik sahəsində əməkdaşlığı dayandırır.
Qaziler.az-ın məlimatına görə, “The Hill” xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.
"Təhlükəsizlik sahəsində əməkdaşlıq hazırda dayandırılır, lakin vəziyyət inkişaf etməyə davam etdiyi üçün biz şübhəsiz, nigeriyalı həmkarlarımızla sıx əlaqə saxlayırıq" - o, deyib.
Rayder əlavə edib ki, əməkdaşlıq dayandırılsa da ABŞ Afrika ölkəsində yerləşən təxminən 1100 ABŞ hərbi qulluqçusunu geri çəkmək planları yoxdur.
QAZİLER.AZ