Aİ vətəndaşları Nigerdən təxliyə edilir

Aİ vətəndaşları Nigerdən təxliyə edilir backend

Avropa İttifaqı Nigerə maliyyə dəstəyinin dayandırıldığını və Aİ vətəndaşlarının ölkədən çıxarılmasını elan edib.

Qaziler.az bildirir ki, bu barədə Aİ diplomatik xidməti məlumat yayıb.

Açıqlamaya görə, Aİ Nigerə verdiyi büdcə dəstəyini, eləcə də təhlükəsizlik sahəsində bütün əməkdaşlıq tədbirlərini dayandırır.

“Biz həmçinin Avropa vətəndaşlarını vətənə qaytarmaq qərarına gəldik və hazırda bu əməliyyatı həyata keçiririk”, - deyə məlumatda bildirilir.

Bununla belə, Avropa Komissiyasının Humanitar Yardım üzrə Baş Direktorluğunun qrupları ölkədə fəaliyyətini davam etdirəcək. Onlar çevrilişin Nigerin daha həssas əhalisinə mənfi təsirlərini məhdudlaşdırmağa çalışacaqlar.

QAZİLER.AZ

Diaspora