Pilotsuz uçuş aparatlarının (PUA) Moskvaya hücumları dayandırılmalıdır.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə avqustun 1-də BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Xak bildirib.
“Əgər bunlar Moskvadakı mülki binalardırsa, o zaman biz hücumlara qarşıyıq və onların dayandırılmasını istəyirik”, - o, beynəlxalq təşkilatın YouTube kanalında yayımlanan brifinqdə deyib.
O, BMT-nin insidentlə bağlı rəsmi açıqlamadan başqa heç bir məlumata malik olmadığına da aydınlıq gətirib.
“Bizim birinci əldən məlumatımız yoxdur, lakin harada baş verməsindən asılı olmayaraq mülki obyektlərə hər hansı hücuma qarşıyıq”, - deyə Xak bildirib.
QAZİLER.AZ