Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner” muzdlu ordusunun Polşaya hücuma hazırlaşması ilə bağlı fikirlərində zarafat etdiyini deyib.
Bu barədə Qaziler.az “BelTA”ya istinadla xəbər verir. O əlavə edib ki, Minskə “min il də keçsə, Suvalski dəhlizi lazım deyil:
“Mən zarafat etdim ki, “Vaqner”çilər öz aralarında pıçıldaşırlar: biz Jeşuv ekskursiyasına gedirdik. Niyə? Çünki texnika və silahlar Jeşuvdan ora gedirdi. Onların minlərlə yoldaşı orada ölüb. Onlar buna görə onları bağışlamayacaqlar”, - Lukaşenko bildirib.
QAZİLER.AZ