Qırğızıstanda 4 alpinistdən 12 gündür xəbər yoxdur

Qırğızıstanda 4 alpinistdən 12 gündür xəbər yoxdur backend

İyulun 11-də Qırğızıstanın Tyanşan dağının Pobeda zirvəsinə qalxan 3-ü rus, biri litvalı olmaqla 4  alpinistdən hələ də xəbər yoxdur.

Qaziler.az xəbər verir ki, Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada, xarici alpinistlər üçün başladılan axtarış-xilasetmə işləri ilə əlaqədar nazirlik tərəfindən bölgəyə göndərilən 10 nəfərlik qrupun 4100 metr yüksəklikdə Cənub Enilçek kampında endiyi bildirilib.

Açıqlamada bildirilib ki, göndərilən qrup 2 gün yüksəkliyə uyğunlaşma prosesindən keçdikdən sonra 6 min metr yüksəkliyə qalxaraq axtarış-xilasetmə işlərinə başlayacaq.

İyulun 11-də Qırğızıstanın İssık-Kul bölgəsində dəniz səviyyəsindən 7439 metr hündürlükdə yerləşən və Orta Asiyanın ən çətin zirvələrindən biri kimi tanınan Pobeda zirvəsinə qalxan əcnəbi alpinistlərlə sonuncu dəfə iyulda əlaqə saxlanılıb.

Rusiyanın tələbi ilə iyulun 28-də Qırğızıstan Fövqəladə Hallar Nazirliyi 23 nəfərlik axtarış-xilasetmə qrupunun işə başladığını açıqlayıb.

QAZİLER.AZ

Diaspora