Avstraliya Kosmik Agentliyi Qərbi Avstraliyanın Perth şəhərinin şimalında, “Green Head” yaxınlığında tapılan nəhəng silindrin Hindistana məxsus raketin bir hissəsi olduğunu açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə TRTHaber “The Guardian”a istinadla xəbər verib.
Təxminən 2,5 metr hündürlüyü olan və qismən qızılı rəngli toxunma materialdan hazırlanmış silindr iyulun əvvəlində tapılıb.
Tapıntı qəzaya uğramış təyyarənin bir hissəsi ola biləcəyinə dair fərziyyələrə səbəb olub.
Lakin kosmik agentliyi araşdırmadan sonra bunun PSLV Hindistan Kosmik Tədqiqatlar Təşkilatı tərəfindən idarə olunan orta qaldırıcı daşıyıcı raketə məxsus olduğu açıqlanıb.
Təşkilat son aylarda fəallaşıb və ən son peyk buraxılışı bazar günü uğurla başa çatıb.
QAZİLER.AZ