Almaniyada aparılan araşdırmalara görə, ölkədəki mühacir türk qadınları arasında intihar nisbəti eyni yaşda olan insanların ortalama göstəricisindən 50 faiz yüksəkdir.
Qaziler.az bildirir ki, “ARTI49”un verdiyi xəbərə görə, Almaniyada, xüsusilə Türkiyədən gələn immiqrantlar arasında psixi sağlamlıq dəstəyi və resursları qeyri-kafidir.
Ona görə də immiqrantlara mədəni reabilitasiya xarakterli psixoloji dəstəyin göstərilməsi onu daha da vacibdir.
Ölkədə türk dilində psixoloji dəstək almaq üçün müxtəlif kanallar var.
“Therapie.de” kimi platformalar türk dilli psixiatr və psixoloqları tapmağı asanlaşdırır. Bundan əlavə, immiqrantlar üçün bəzi psixososial dəstək mərkəzləri türkcə tərcüməçi dəstəyi təklif edir.
İmmiqrantlar üçün dəstək xətti olan "Nummer gegen Kummer" uşaq və gənclərin qaynar xətti pulsuz telefon məsləhətləri verir. Bundan əlavə, dini qurumlar psixoloji dəstək üzrə məsləhət xidmətləri də təklif edirlər.
Ölkədəki bu diqqətçəkən vəziyyət illərdir müzakirə edilir və Almaniya mətbuatında gündəmdə olur.
QAZİLER.AZ