Avropanın ən çox seçilən elektrik avtomobili olan “Renault Zoe” elektrikli avtomobil bazarında mühüm yerə sahib olsa da, artıq sonu yaxınlaşır.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Renault” xərcləri əhəmiyyətli dərəcədə azaldan modul quruluşa malik yeni nəsil elektrikli avtomobil platformalarına müraciət edir. Bu səbəbdən fransız markası yaxın illərdə “Zoe” modelindən imtina etməyə hazırlaşır.
2022-ci ildə Fransanın Flins şəhərində yerləşən “Renault” fabrikində cəmi 32.600 “Zoe” istehsal edilib.
“Zoe”nin yerini isə elektrikli “Renault 5” modeli əvəz edəcək. Yeni model tam elektrikli platforması olan CMF-B-EV-ə əsaslanır.
Bu platforma “Clio” və “Captur” modellərində istifadə edilən CMF-B benzin platformasının yüzdə 70-ni alaraq, rəqabətə davamlı olmağı hədəfləyir. O, həmçinin “Zoe” platforması ilə müqayisədə istehsal xərclərini 30 faiz azaldacaq.
Beləliklə, yeni “Renault 5” 2024-cü ildə Fransanın Douai şəhərində istehsal olunacaq..
QAZİLER.AZ