Antarktida böyük ərazilər yox olub - Qlobal istiləşmə təhlükəsi

Antarktida böyük ərazilər yox olub - Qlobal istiləşmə təhlükəsi backend

Alimlər Antarktidada dəniz buzunun ilin bu vaxtı üçün görünməmiş dərəcədə aşağı səviyyəyə düşdüyünü açıqlayıblar.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, mütəxəssislər iqlim dəyişikliyi ilə əlaqədar həm atmosferin, həm də okeanların istiləşdiyinə işarə edərək, buz şelfinin ərimə sürətinin arta biləcəyi barədə xəbərdarlıq edib.

Son 30 ildə dib sularının səviyyəsinin 20 faizdən çox azaldığını vurğulayan tədqiqatçılar, 2000 metrdən çox dərinlikdə qalan suların digər okeanlara nisbətən 4 dəfə çox isindiyini qeyd ediblər.

Antarktidada dəniz buzu qitənin yay mövsümündə, hər il fevralın sonuna doğru ən aşağı həddə çatır. Dəniz buzları qışda yenidən formalaşır. Ancaq bu il elm adamları fərqli bir şey müşahidə ediblər. Dəniz buzları gözlənilən səviyyəyə yaxınlaşmayıb.

Kosmik agentliklər və alimlər Antarktida buz təbəqələrinin dəyişməsini müşahidə etmək və təhlil etmək üçün peyklərdən istifadə edirlər. Peyklər buzlaqların əriməsini yüksək keyfiyyətli təsvirlər və radar ölçmələri ilə izləyir, buzun incəlməsi və həcm itkisi kimi mühüm məlumatları təmin edir.

Elmi məlumatlar göstərir ki, son illər dəniz səviyyəsi orta hesabla ildə təxminən 3 millimetr qalxır. Bu nisbətin yaxın illərdə artması gözlənilən təsirlərlə birlikdə sahilyanı ərazilər üçün ciddi təhlükələr yaradır.

QAZİLER.AZ

Diaspora