Moskvanın ən böyük biznes mərkəzlərindən biri olan “Northstar Tower”in əməkdaşları arasında qızılca epidemiyası aşkar edilib.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb. Xəbərdə işçilərin təcili peyvəndlənməyə göndərildiyi bildirilir. Lakin digər təfərrüatlar məlum deyil.
Bildirilib ki, yalnız əvvəllər qızılca keçirmiş və ya iki dəfə peyvənd olunmuş şəxslər epidemiyadan qoruna bilər.
Qeyd edilib ki, “Nordstar Tower” biznes mərkəzi Moskvanın mərkəzində yerləşir. Bina “Rosneft”, “Stroytransgaz” və “Deutsche Bank” tərəfindən icarəyə götürülüb.
QAZİLER.AZ