Rusiyada yerli saytlarda xarici e-poçtla qeydiyyatdan keçmək qadağan edildi

Rusiyada yerli saytlarda xarici e-poçtla qeydiyyatdan keçmək  qadağan edildi backend

Rusiya prezidenti Vladimir Putin rus internet saytlarına xarici elektron adreslərlə qeydiyyatdan keçməyi qadağan edən qərarı təsdiq edib.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Putinin imzaladığı qərara əsasən, xarici e-poçt ünvanları və ya Google və Apple ID kimi xidmətləri olan Rusiya saytlarında qeydiyyatdan keçmək mümkün olmayacaq.

Təsdiq edilmiş qərara əsasən, Rusiya saytlarında qeydiyyatdan keçmək artıq yalnız Rusiyanın elektron poçt ünvanları, telefon nömrələri, dövlət xidmətləri vasitəsilə mümkün olacaq.

QAZİLER.AZ

Diaspora