Seneqalda küçə etirazlarının qarşısını almaq üçün interneti kəsildi

Seneqalda küçə etirazlarının qarşısını almaq üçün  interneti kəsildi backend

Seneqalda müxalifət lideri Ousmane Sonkonun saxlanmasından sonra baş verə biləcək küçə hadisələrinin qarşısını almaq üçün ölkədə internet kəsilib.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ölkənin rabitə nazirliyindən verilən yazılı açıqlamada, sosial mediada nifrət mesajlarının və ictimai asayişi pozacaq mümkün küçə hərəkətlərinin qarşısını almaq üçün mobil məlumatların müvəqqəti olaraq kəsildiyi açıqlanıb.

Digər tərəfdən, 28 iyul tarixində polisi videoya çəkmək istəyərkən mobil telefonu zorla əlindən alınaraq saxlanılan  Sonkonun bu gün məhkəməyə çıxması gözlənilirdi. 

Sonko "Twitter" səhifəsində dünəndən etibarən aclıq aksiyasına başladığını açıqlayıb və bütün siyasi məhbusları da eyni hərəkətə çağırıb.

QAZİLER.AZ

Diaspora