“Vaqner”: Əsgər toplamağı dayandırdıq

“Vaqner”: Əsgər toplamağı dayandırdıq backend

Rusiyanın “Vaqner” xüsusi hərbi təşkilatın rəhbəri Yevgeni Priqojin Belarusda olduğu zaman sosial şəbəkələrdə görüntüsüz səsli mesajlar yayımladığı iddia edilir.

Qaziler.az CNNTürk-ə istinadla xəbər verir ki, Priqojin son mesajında ​“Vaqner”in Afrika və Belarusa doğru yola düşəcəyini qeyd edib. Yarımhərbi dəstənin lideri sıralarına daha artıq döyüşçü götürməyəcəklərini deyib.

Ordunun dəvəti ilə Belarusda olan və Belarus ordusunu gücləndirəcəyinə söz verən “Vaqner” lideri təlimlərə başlanılacağını bildirib. O, həmçinin “Biz Rusiyanın maraqlarını qorumağa davam edəcəyik”, - ifadələrini işlədib.

Priqojinin açıqlamalarında diqqəti çəkən digər məqam “Vaqner”in Afrikada olmasıdır.  Vaqner lideri məsələ ilə bağlı təfərrüatları açıqlamayıb.

QAZİLER.AZ

Diaspora