ABŞ-ın avtomobil istehsalçısı “Ford” öz ölkəsində genişmiqyaslı geri çağırma qərarına imza atıb.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Ford Motor Compony” ABŞ-da 870 min F-150 modelini geri çağıracağını açıqlayıb.
Geri çağırmanın səbəbi isə potensial kabel problemindən elektrikli dayanacaq əyləcinin gözlənilmədən işə düşmə riskidir.
Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinə edilən müraciətə əsasən, geri çağırma 2021-2023-cü illərdə istehsal olunan “F-150” pikap modellərini əhatə edir.
“Ford” geri çağırma ilə əlaqədar olaraq qəza və ya xəsarət alanlar barədə heç bir məlumat almadığını bildirib.
QAZİLER.AZ