“Titanik” gəmisinin qalıqlarına səyahət zamanı Atlantik okeanda itən və qalıqlarının bəzi hissələri çıxarılan “Titan” sualtı qayığının sahibi “OceanGate” yeni planlarını açıqlayıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, “OceanGate”in həmtəsisçisi Guillermo Söhnlein 2050-ci ilə qədər Veneraya 1000 adam göndərməyi planlaşdırdığını açıqlayıb.
Baş verən hadisə ilə bağlı bütün suallar hələ cavablandırılmasa da, bu yeni açıqlama reaksiyalara səbəb olub.
Söhnlein deyib ki, əgər kosmik stansiya buludlardakı sulfat turşusuna tab gətirə bilsə, yüz minlərlə insan bir gün Veneranın atmosferində yaşaya bilər.
Bir sualtı qayıq dizayn edən şirkət ilə Veneraya uzanan planlar eyni ola bilərmi? Bunların hamısı Söhnlein üçün böyük planın bir hissəsidir.
Titan faciəsinə baxmayaraq, bəşəriyyətin innovasiyanın sərhədlərini keçməli olduğuna inanan Söhnlein bunları deyib:
“ “OceanGate”i unudun. Titanı unudun. Stocktonu unudun. Bəşəriyyət böyük bir irəliləyiş astanasında ola bilər və bundan faydalanmaya bilər”.
QAZİLER.AZ