Çin "milli təhlükəsizlik və maraqları" qorumaq istədiyini bildirərək, pilotsuz təyyarələr də daxil olmaqla, ABŞ-a yeni ixracat qadağalarını elan edib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin Ticarət Nazirliyi bəzi dron mühərrikləri, lazerlər, rabitə avadanlıqları və dron əleyhinə sistemlər də daxil olmaqla avadanlıqlara qoyulan məhdudiyyətlərin sentyabrın 1-dən qüvvəyə minəcək.
Nazirlik sözçüsü verdiyi açıqlamada nəzarətin bəzi dronlara da təsir edəcəyini və heç bir mülki pilotsuz təyyarənin hərbi məqsədlər üçün ixrac edilməyəcəyini bildirib.
Adı açıqlanmayan sözçü bu açıqlamaları verib:
“Çinin bu dəfə dronlara nəzarəti cüzi şəkildə genişləndirməsi, məsuliyyətli böyük ölkə kimi mövqeyimizi nümayiş etdirmək, qlobal təhlükəsizlik təşəbbüslərini həyata keçirmək və dünya sülhünü qorumaq üçün mühüm tədbirdir”.
Sözçü bildirib ki, səlahiyyətlilər müvafiq ölkə və bölgələri məlumatlandırıblar. Çin böyük dron istehsal sənayesinə malikdir və ABŞ da daxil olmaqla bir çox bazarlara ixrac edir.
QAZİLER.AZ