Polşa Belarusla sərhədə snayperlər yerləşdirib

Polşa Belarusla sərhədə snayperlər yerləşdirib backend

Polşa Belarusla sərhədə snayperlər göndərib. Bu barədə bazar ertəsi, iyulun 31-də Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı rəsmi Tvitter səhifəsində məlumat yayıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Komandanlıq həmçinin Polşa-Belarus sərhədində - səddin yaxınlığında yerləşən hərbçilərin fotolarını dərc edib.

Bundan əvvəl, iyulun 27-də Polşada hakim Hüquq və Ədalət (PiS) partiyasının sədri Yaroslav Kaçinski təhlükəsizliyin təmin edilməsi üçün Belarusla sərhəddə hasarın genişləndirilməsinin vacibliyini bəyan edib.

İyulun əvvəlində Polşa 500 polis əməkdaşı ilə Belarusla sərhədi möhkəmləndirib. Hazırda sərhədi 5000 sərhədçi və 2000 əsgər qoruyur.

Öz növbəsində Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Polşanın ölkənin silahlı qüvvələrinin Belarusla sərhədə iki qrup hərbi qulluqçu yerləşdirməsi barədə bəyanatı aqressivliyin təzahürüdür, lakin Rusiya artıq İttifaq dövlətinin təhlükəsizliyini qorumaq üçün müvafiq tədbirlər görür. 

QAZİLER.AZ

 

Diaspora