Qazaxıstan Müdafiə Nazirliyi hərbi texnikasının Rusiyaya göndərilməsi ilə bağlı məlumatı təkzib edib

Qazaxıstan Müdafiə Nazirliyi hərbi texnikasının Rusiyaya göndərilməsi ilə bağlı məlumatı təkzib edib backend

Qazaxıstan Müdafiə Nazirliyi hərbi texnikasının Rusiyaya göndərilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edərək, bu texnikanın üçüncü ölkənin mülkiyyəti olduğunu və təmir üçün Rusiya Federasiyasına gətirildiyini qeyd edib.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi geniş bəyanat yayıb.

“Qazaxıstan hərbi texnikasının guya Rusiya Federasiyasına göndərilməsi ilə bağlı məlumatlar reallığa uyğun gəlmir. Bu hərbi texnikanın Qazaxıstan Respublikası ilə heç bir əlaqəsi yoxdur, üçüncü ölkənin mülkiyyətidir və beynəlxalq müqavilələr çərçivəsində Qazaxıstan ərazisindən keçməklə Rusiyaya planlı təmirə göndərilib”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Mətbuat xidməti xatırladıb ki, 2022-ci il avqustun 27-dən Qazaxıstanda silah və hərbi texnikanın ixracına qadağa qoyulub və hələ də qüvvədədir.

 

 

Diaspora