Rusiyanın paytaxtı Moskvanın və Moskva vilayətinin hava məkanın bütün uçuşlara müvəqqəti qadağa qoyulub.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bundan əvvəl Vnukovo hava limanının gəliş-gedişlər üçün bağlandığı da bildirilirdi. Uçuşlar başqa hava limanlarına yönləndirilib. Bir reys gözləmə zonasında qalıb.
Qeyd edək ki, Moskva vilayətinin qərbində hava hücumundan müdafiə qüvvələri tərəfindən iki PUA vurulub.
Şahidlər Moskva vilayətinin Odintsovo və Krasnoqorsk rayonlarında eşidilən dörd partlayışdan danışırlar. Odintsovo Vnukovo hava limanından təxminən yeddi kilometr məsafədə yerləşir.