Səudiyyə Ərəbistanı Qərb ölkələrinin iştirakı ilə Ukrayna üzrə sülh danışıqları keçirməyi planlaşdırır.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Məlumata görə, görüş avqustun 5-6-da Ciddədə keçiriləcək. Danışıqlarda iştirak edənlərin dəqiq sayı hələlik məlum deyil. Ehtimal olunur ki, tədbirdə iyunun 24-də Kopenhagendə Ukrayna üzrə ilk beynəlxalq toplantıda iştirak etmiş dövlətlər təmsil olunacaq.