Rusiyanın Mari El Respublikasında qasırğa səbəbindən ağaclar aşıb, 6 nəfər ölüb.
QAZİLER.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə respublikanın rəhbəri Yuri Zaytsev teleqram kanalında yazıb. O qeyd edib ki, güclü külək və leysan Tair və Yalçik göllərinin yaxınlığını vurub. Həmin vaxt orada istirahət edən insanlar olub. Hazırda ərazidə fövqəladə hallar xidmətinin əməkdaşları işləyir. Yollar təmizlənib. Düşərgələrdə uşaqlar tam təhlükəsizlik şəraitindədir. Məlumata görə, altı nəfər ölüb, onlardan üçü uşaqdır. Ümumilikdə 22 nəfər yaralanıb.