Zəlzələnin "günahını" "Google"un üstünə atdılar

Zəlzələnin "günahını" "Google"un üstünə atdılar backend

Google, xəbərdarlıq sistemi ilə zəlzələlərdən bir dəqiqə əvvələ qədər Android əsaslı telefonlar vasitəsilə istifadəçilərə bildiriş göndərmək texnologiyasına sahib olduğunu iddia edib.

Publika.az “BBC”ə istinadən xəbər verir ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdə Google-un zəlzələ xəbərdarlığı sisteminin işləmədiyi üzə çıxıb. Şirkət isə bunun əksini iddia edir.

Məlum olub ki, zəlzələdən 1 dəqiqə əvvəl xəbər verən Google xəbərdarlıq sistemi fevralın 6-da baş verən zəlzələlərdə sıradan çıxıb. Google, xəbərdarlıq sistemi ilə zəlzələlərdən bir dəqiqə əvvələ qədər Android əsaslı telefonlar vasitəsilə istifadəçilərə bildiriş göndərmək texnologiyasına sahibdir.

Bununla belə, BBC zəlzələdən zərər çəkmiş üç ərazidə araşdırma aparıb. BBC-nin danışdığı insanlar zəlzələdən əvvəl heç bir xəbərdarlıq edilmədiyini bildiriblər. Şirkət xəbərdarlığın milyonlarla insana fevralın 6-na keçən gecə baş vermiş zəlzələ fəlakətindən əvvəl göndərildiyini iddia edib.

Bununla belə, şirkət bu xəbərdarlıqların insanlara geniş yayıldığına dair heç bir sübut təqdim etməyib. Google-un “android zəlzələ xəbərdarlığı sistemi” 2021-ci ilin iyun ayında Türkiyədə fəaliyyətə başlayıb. Sistem dünyanın bir çox ölkəsində işləyir. Smartfonlarda titrəmələri aşkar edə bilən kiçik akselerometrlər var. Eyni anda bir çox telefon silkələnirsə, Google zəlzələnin mərkəzini də müəyyən edə və sarsıntının şiddətini təxmin edə bilər. Zəlzələnin maqnitudası Rixter şkalası üzrə 4,5 və daha yüksək olarsa, android sistemi xəbərdarlıq göndərə bilər.

 

 

 

 

Diaspora