Uruqvay sahillərində son dərəcə zəif bədənli 2000-ə yaxın Maqellan pinqvinləri ölü tapılıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, kütləvi ölümün səbəbi hələ də məlum deyil, lakin elm adamları ekstremal iqlim dəyişikliklərini növlərin sürətlə yox olmasınının əsas səbəbi kimi göstərirlər. Və bundan narahatdırlar.
2004-cü ildən ekspertlər Magellan pinqvinlərini “təhlükə altında olan növ” hesab edirlər. Son 30 il ərzində Cənubi Amerikanın şərq sahillərində yüzlərlə quşun ölü tapılması adi hala çevrilib.
2010-cu ildə Braziliya çimərliklərində 550-dən çox pinqvin aclıqdan ölüb. İki il sonra ölkənin sahil zolağında daha 745 pinqvin ölüb.
Maraqlıdır ki, bu kütləvi ölümlər mütləq eyni səbəbdən baş vermir. Məsələn, 2019-cu ildə Argentinada həddindən artıq istilər nəticəsində 354 pinqvininin yuva qurduğu yerlərdə öldüyü məlum olub.