NASA-dan tarixi açıqlama: Marsda su və duz var!

NASA-dan tarixi açıqlama: Marsda su və duz var! backend

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Mars planetində axar su və duz kütləsinin aşkarlandığını bəyan edib.

APA TV-nin xəbərinə görə, bu barədə NASA-nın təşkil etdiyi xüsusi mətbuat konfransında açıqlama verilib. Daha sonra geniş araşdırmanın nəticəsi “Nature Geoscience” jurnalında yerləşdirilib.

MRO (Mars Reconnaissance Orbiter) peykindən əldə olunan görüntülərin təhlili Marsda maye halında kütlənin kanyonlar arasından axaraq nazik izlər buraxdığını və bu prosesin əsasən yay mövsümündə müşahidə olunduğunu göstərib. Suyun buxarlanması nəticəsində duz kütlələrinin izlərinə rast gəlinməsi bu planetdə həyat əlaməti olan rütubətliliyin mövcudluğuna dəlalət edir. Həmin su özünü ilin isti aylarında daha çox göstərir, soyuq aylarda isə yoxa çıxır.

NASA-nın mütəxəssisləri daha öncə Marsın quru planet olduğuna dair fikirlərin öz təsdiqini tapmadığını vurğulayıblar.


Diaspora