İsrail İsveçdə Tövratın yandırılmasının qarşısını almağa çalışır

İsrail İsveçdə Tövratın yandırılmasının qarşısını almağa çalışır backend

İsveç polisinin 50 yaşlarında bir qadına İsrailin Stokholmdakı səfirliyi qarşısında Tövratı yandırmasına icazə verməsindən sonra İsrail aksiyanın qarşısını almaq üçün çalışdığını açıqlayıb.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, xarici işlər naziri Eli Koen etirazın qarşısını almaq üçün isveçli həmkarı Tobias Billström ilə telefon danışığı aparıb.

Görüş zamanı Koen bəyan edib ki, İsveçdə Tövratın yandırılması aktı "iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vura bilər".

İsveçdə Tövratın yandırılması şəklində bir hərəkətin baş verəcəyi ilə bağlı açıqlamadan şoka düşdüyünü bildirən Koen isveçli həmkarına "müqəddəs kitablara ziyan vurmaq təhdidinə son qoyulmalıdır" deyib.

İsveç dövlət televiziyası "SVT" bildirib ki, 50 yaşlarında bir qadın bu gün Stokholmdakı İsrail səfirliyi qarşısında Tövratı yandırmaq üçün polisdən icazə alıb. Polis aksiyada qadından başqa daha 3 nəfərin iştirak edəcəyini bildirib.

İsveçdə suriyalı müsəlman Əhməd Alluş iyulun 15-də İsrailin Stokholm səfirliyi qarşısında İncil və Tövratın yandırılmasına icazə alsa da, müqəddəs kitablara hörmətini ifadə edərək onları yandırmayıb. Alluş bu cəhdi heç bir müqəddəs kitabın yandırılmaması lazım olduğuna diqqət çəkmək üçün etdiyini bildirib

 

 

Diaspora