Niger Prezident Qvardiyasının rəisi özünü dövlət başçısı elan edib

Niger Prezident Qvardiyasının rəisi özünü dövlət başçısı elan edib backend

Niger Respublikasında baş verən çevrilişdən sonra prezident qvardiyasının rəhbəri general Əbdürəhman Tiani özünü ölkənin yeni lideri adlandırıb.

QAZİLER.AZ  APA-ya istinadən verdiyi məlumata görə, general cümə günü dövlət televiziyasında çıxış edərkən titrlərdə onun hərbi şuranın, Vətənin Müdafiəsi üzrə Milli Şuranın prezidenti olduğu göstərilib.

Tiani ölkədə geniş yayılmış korrupsiyanı, zəif idarəçilik və təhlükəsizlik problemlərini pisləyib. O əlavə edib ki, Niger beynəlxalq tərəfdaşlığa hörmətlə yanaşacaq.

 

 

Diaspora