Tayvanda "Doksuri" tayfunu nəticəsində azı bir nəfər ölüb, yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə adanın Mərkəzi İnformasiya Agentliyi bildirib.
Ümumilikdə fövqəladə hallar xidmətləri adanın cənubundakı təhlükəli ərazilərdən 6,4 minə yaxın insanı təxliyə edib.
Hakimiyyət orqanları sakinləri sürüşmə təhlükəsi ilə əlaqədar dağlıq ərazidə olmamağa, həmçinin bəzi yerlərdə hündürlüyü 5 m-ə çatan dalğalar müşahidə olunduğu üçün sahildə olarkən diqqətli olmağa çağırıb.