Ukrayna ərazisində yerləşən ABŞ hərbçilərindən heç biri döyüş əməliyyatlarında iştirak etmir.
QAZİLER.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi onlayn brifinqdə bildirib.
O deyib: "Sizi əmin edə bilərəm ki, onların heç biri hərbi əməliyyatlarda və ya Ukrayna əsgərləri ilə döyüş meydanında iştirak etmir. Prezident (Co Bayden – red.) açıq şəkildə bəyan edib: ABŞ qoşunları Ukraynada müharibə etməyəcək. Onlar bunu etməyiblər və etməyəcəklər”.