Putindən afrikalı həmkarına: "Vəziyyəti düzəltməkdə qərarlıyıq"

Putindən afrikalı həmkarına: "Vəziyyəti düzəltməkdə qərarlıyıq" backend

“Rusiya Federasiyası Mərkəzi Afrika Respublikasına dəstəyini davam etdirəcək”.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Mərkəzi Afrika Respublikasının prezidenti Fosten Arkanj Tuadera ilə görüşündə deyib.

Rusiya liderinin sözlərinə görə, indi iki ölkə arasında ticarət-iqtisadi əlaqələr ümumi əməkdaşlıq səviyyəsindən geri qalır, lakin tərəflər bu vəziyyəti düzəltmək əzmindədirlər.

“Biz sizə əməli yardım göstəririk və bundan sonra da göstərmək niyyətindəyik. Hələlik ticarət-iqtisadi əlaqələr ümumi əməkdaşlıq səviyyəsindən geri qalır. Amma biz bu vəziyyəti düzəltməkdə qərarlıyıq”, - deyə Putin bildirib.

QAZİLER.AZ

Diaspora