Ayfonla video çəkmək üçün uşaqlarını satdılar

Ayfonla video çəkmək üçün uşaqlarını satdılar backend

Hindistanlı cütlük "iPhone" almaq və çəkiliş aparmaq üçün səkkiz aylıq körpəsini satıb.

Qaziler.az bildirir ki, AA “Inquirer News”a istinadla xəbər verir ki, Qərbi Benqalın bəzi bölgələrini gəzmək və yeni model mobil telefon almaq istəyən, lakin maddi çətinliyi olan bir ailə qonşunun diqqətini çəkib.

Qonşuların sorğu-saulı əsasında məlum olub ki, ailə 8 aylıq körpəsini satdıqlarını etiraf edib.

Polis ana və körpəsini alan qadını saxlayıb.

Daha sonra körpənin atası da saxlanılıb, ailənin körpəni mobil telefon almaq və sosial şəbəkələrdə video çəkmək üçün satdığı bildirilib.

Qonşular cütlüyün narkotik vasitə istifadə etdiyini də iddia ediblər.

QAZİLER.AZ

Diaspora