Alp dağlarının İtaliya-İsveçrə sərhəddində, Matterhorn dağında itkin düşən alpinistin cəsədinin qalıqları tapılıb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, Matterhorn dağına qalxan bir qrup alpinist Teodul buzlaqını keçərkən çəkmə və kramponları görüb və bu haqda səlahiyyətlilərə məlumat veriblər
Hadisədən sonra polisin verdiyi açıqlamada adı açıqlanmayan şəxsin itən zaman 38 yaşında olduğu qeyd edilib.
BBC isə DNT testi nəticəsində qalıqların 1986-cı ildə yoxa çıxan alman alpinistinə aid olduğu qənaətinə gəldiyini iddia edib.
Bölgədə havanın istiliyi gecə 32 dərəcədən yuxarı olur
İsveçrə polisi 1925-ci ildən bəri Matterhorn dağına qalxarkən itkin düşənlərin siyahısını saxlayır. Buzlaqlar əridikcə itirilmiş alpinistlərin qalıqları üzə çıxır. 1968-ci ildə qəzaya uğrayan təyyarənin qalıqları ötən il Aletş buzlaqından çıxarılıb.
1974-cü ildə Alp dağlarına qalxarkən yoxa çıxan çex alpinistinin qalıqları isə 2015-ci ilin oktyabrında tapılıb.
QAZİLER.AZ