Danimarkada Qurana qarşı təxribat xarakterli hərəkətlərə yenisi əlavə edilib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter” (Danimarka Patriotları) qrupunun üzvləri cümə namazının sonunda məscidin qarşısında Quranı yandırıblar. Daha sonra meqafonla islamı təhqir ediblər.
Pankartlar daşıyan və meqafonla İslamı təhqir edən qrup təxribatı polisin sıx mühafizəsi altında həyata keçirib.
Qrup üzvləri təxribat anlarını sosial media hesablarında canlı paylaşıblar.
Qeyd edək ki, son vaxtlar İsveç və Danimarkada Qurana qarşı hücumlar intensivləşsə də, bu təxribatlara icazə verilməsi etirazla qarşılanır.
QAZİLER.AZ