Doksuri tayfunu Çinə çatıb: Sahil ölkəsi işıqsız qalıb - FOTO

Doksuri tayfunu Çinə çatıb: Sahil ölkəsi işıqsız qalıb - FOTO backend

Güclü yağışlardan sonra Doksuri qasırğası nəticəsində baş verən seldə ölənlərin sayının 13-ə yüksəldiyi, 20 nəfərin itkin düşdüyü açıqlanıb.

Qaziler.az İHA-ya istinadla xəbər verir ki, Doksuri tayfunu bu il filippinliləri vuran beşinci tayfun kimi qeydə alınıb.

Filippin Sahil Mühafizəsinin sözçüsü Armando Balilo verdiyi açıqlamada itkin düşənlərin axtarışlarının davam etdiyini bildirib.

Bildirilib ki, bölgədə təxminən 125 min nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. 11 mindən çox tikinti sahəsi və ümumilikdə 202 liman və körpünün bağlandığı, 89 bərə xəttinin fəaliyyətinin dayandırıldığı qeyd edilib.

Bölgədə bir sıra hava limanlarında uçuşlar təxirə salınıb. Qasırğa səbəbindən bir çox məntəqələrdə elektrik xətləri kəsilib, ağaclar kökündən qopub.

Qasırğanın ölkəyə vurduğu ziyanın 7,3 milyon dollar olduğu açıqlanıb.

Qeyd edilib ki, Doksuri tayfunu 2016-cı ildə Fujian əyalətini vuran Meranti tayfundan sonra ən şiddətli təbiət hadisəsi olub.

QAZİLER.AZ

Diaspora